
Sədr
Səfərov Sehran İxtiyar
1979: anadan olmuşdur.
1996-2000: Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsində bakalavr təhsili almışdır.
2000-2001: Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən müəllimlərin təkmilləşdirilməsi və ixtisasartırma kurslarında tarix müəllimliyi ixtisası üzrə təhsil almışdır.
2010-2012: Sumqayıt Dövlət Universitetinin Tarix fakültəsində magistr təhsili almışdır.
2014-2018: AMEA-nın Tarix və Etnologiya İnstitutunun “Azərbaycanın beynəlxalq əlaqələr tarixi” şöbəsində qiyabi doktorantura təhsili almışdır.
2000: Şotlandiyanın Azərbaycandakı "Caribbean Corporation" podratçı şirkətində inzibati vəzifədə çalışmışdır.
2001-2020: Pedaqoji fəaliyyətlə məşğul olmuşdur.
2002-2024: Dövrü mətbuat orqanlarında müxbir olaraq fəaliyyət göstərmişdir.
2003: AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmışdır.
2003-2020: Özəl təhsil müəssisələrində rəhbər vəzifədə çalışmışdır.
2005-2007: Kanadanın Azərbaycanda fəaliyyət göstərən “Global Source Net” humanitar təşkilatında çalışmışdır.
2020-2024: Elm və Təhsil Nazirliyinə tabe “Azərbaycan dili və ədəbiyyat tədrisi” elmi-metodik jurnalının baş redaktoru vəzifələrində işləmişdir.
2024-2025: Elm və Təhsil İşçiləri Respublika Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsində aparıcı mütəxəssis və baş mütəxəssis vəzifələrində çalışmışdır.
2025: Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xətai Rayon Komitəsinin Komissiya üzvlərinin səsverməsi ilə sədr vəzifəsinə seçilmişdir.
Xarici dillər
İngilis
Rus
Ailəlidir, 3 övladı var.